Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Tezadlar.az DİN-ə istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Xatırladırıq ki, hadisə bu gün sentyabrın 12-də, səhər saat 05:00 radələrində Culfa rayonunda baş verib. Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində ölüb ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yol sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır