12 Sentyabr 2025 / 11:44

Vüqar Bayramov bir qrup seçicisi ilə görüşdü: Əli hər yerdən üzülənlər deputatdan kömək istəyir…

Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Həmyerlilərimizin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.
TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Vüqar Bayramov sosial media hesabında bildirib.
“Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə deputat bildirib.
Qeyd edək ki, seçicilər deputatlarla görüşlərində eyni məsələlər barədə məsələ qaldırırlar: məşğulluq, bank kreditləri, mənzil təmiri, kommunal xidmətlər, əlillik dərəcəsinin alınması, sosial təminat və s. Görünən odur ki, insanları narahat edən, qayğılandıran məsələlər də eynidir və dəyişilməz olaraq qalır… Əli hər yerdən üzülənlər isə son çarə kimi deputatlara müraciət edirlər.
Təbii ki, deputatlar da (seçicilərinin qayğılarını dinləyib, həllinə çalışan DEPUTATLAR isə göz önündədir və sayları çox deyil…)  səlahiyyətləri çərçivəsində onlara yardım edə bilir… Hansı ki, bir çox məsələ deputatın qəbuluna gəlmədən də müvafiq qurum və təşkilatlar, yerli icra orqanları tərəfindən həllini tapa bilər, amma…
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!