12 Sentyabr 2025 / 11:56

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Sanksiya siyahısına 3 fiziki və 27 hüquqi şəxs əlavə edilib

Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyi anti-Rusiya sanksiyalar siyahısını 30 maddə ilə genişləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumat hökumətin saytında dərc olunub.

“12 sentyabr 2025-ci ildə Xarici İşlər, Birlik və İnkişaf Ofisi GOV.UK saytındakı sanksiyalar siyahısını yeniləyib. Otuz bənd əlavə edilib ki, hazırda aktivlərin və trast xidmətlərinin dondurulması şəklində sanksiyalar tətbiq edilir”, – sənəddə deyilir.

Sənədə əsasən, 27 hüquqi və üç fiziki şəxs barəsində qətimkan tədbiri seçilib.

Əvvəlki dəfə Britaniya anti-Rusiya sanksiyalar paketini sentyabrın 3-də genişləndirmişdi. Daha sonra siyahı 11 maddə ilə genişləndi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!