12 Sentyabr 2025 / 16:04

Nazirliyin təşkil etdiyi balıq yarmarkasına start verildi – BAZARDAKI QİYMƏTLƏR

Balıq yarmarkasında müxtəlif növ balıqlar satışa çıxarılıb.

Xəbər verdiyimiz kimi, bu gündən Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin iştirakı ilə Bakıda balıq yarmarkası  təşkil olunub.

Yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək.

Tezadlar.az  xəbər verir ki, bu gün “Keşlə Balıq Bazarı”nda fəaliyyətə başlamış yarmarkada müxtəlif növ balıqlar satışa çıxarılıb. Qiymətlər isə növündən, çəkisindən asılı olaraq dəyişir. Burada iri çəkili diri sazan balığı kiloqramı 6.50 qəpiyə, farel 11-13 manat civarında,  kefal 5 manat 50 qəpiyə, beluqa (ağ balığı) isə  30 manata müştərilərə təklif olunur.

Qeyd edək ki, hazırda “Keşlə Balıq Bazarı”nda  müxtəlif çeşiddə balıqlar və dəniz məhsulları satılır.

Balıqsevərlər 3 gün ərzində bu fürsətdən yararlana bilərlər. Əlbəttə, qiymətlər qane edirsə!

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!