12 Sentyabr 2025 / 15:51

Ukrayna DTX-nin dronları Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalını dağıtdı-41 milyon $ ziyan!

Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları Baltik dənizində Rusiyanın ən böyük neft terminalına zərbə endirib.Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Rusiyanın Baltik dənizindəki ən böyük Primorsk neft yükləmə limanı  PUA-lar tərəfindən hücuma məruz qalıb, limanda neftin yüklənməsi dayandırılıb. Nəşrin həmsöhbətinin birbaşa çıxışı: “Ukrayna DTX-nin pilotsuz təyyarələrinin limandakı gəmilərdən birinə və nasos stansiyasına uğurlu hücumu nəticəsində yanğınlar baş verib, neftin yüklənməsi dayandırılıb. İxracın dayandırılmasından Rusiya Federasiyasının büdcəsinin gündəlik itkiləri 41 milyon dollar təşkil edə bilər”.
Mənbənin sözlərinə görə, DTX qüvvələri həm də Rusiya Federasiyasının bir sıra neft nasos stansiyalarını – “NPS-3”, “Andreapol” AES və Ust-Luqa liman terminalına xam neft tədarükünü təmin edən magistral boru kəməri sisteminin əsas elementləri olan “NPS-7”-ni də vurub. Mənbə əlavə edib ki, Primorsk “kölgə donanmasının” yüklənməsi üçün əsas mərkəzdir, onun köməyi ilə Rusiya beynəlxalq sanksiyalardan yan keçərək xarici bazarlara neft satır. Limandan ildə təxminən 60 milyon ton neft keçir ki, bu da Rusiyaya təxminən 15 milyard dollar gəlir gətirir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!