12 Sentyabr 2025 / 18:56

Bakıda elektrik skuterləri ilə qəzalar artır

Son dövrlərdə Bakıda elektrik skuterlərinə maraq artıb.

Tezadlar.az xəbər verir ki, bu nəqliyyat vasitələrinin iştirak etdiyi yol-nəqliyyat hadisələrinin də çoxaldığı müşahidə olunur. Əksər hallarda bu tip qəzalar mikromobillik üçün xüsusi hərəkət zolaqlarının olmadığı yerlərdə baş verir.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu qəzaların qarşısını almağın əsas yollarından biri şəhərdə mikromobillik zolaqlarının genişləndirilməsidir.

Onun sözlərinə görə, şəhər küçələrində fərqli nəqliyyat istifadəçilərinin piyadaların, skuterlə və ya digər yüngül elektrik vasitələri ilə hərəkət edənlərin, eləcə də ictimai nəqliyyatdan istifadə edənlərin rahat və təhlükəsiz hərəkəti üçün ayrıca, davamlı yollar mövcud olmalıdır:

“Bu hərəkət axınları bir-biri ilə qarışmamalı, keçidlər isə təhlükəsiz və rahat şəkildə təşkil olunmalıdır,” – deyə ekspert qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!