Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uruqvayın aparıcı qəzetlərindən biri olan “Diario la R” Azərbaycan mətbəxi haqqında dərc etdiyi materialda onun zəngin irsi və unikallığını vurğulayıb.
Tezadlar.az xəbər verir ki, nəşrdə milli qastronomiyada əsas yer tutan şorbalara xüsusi diqqət ayrılıb.
“Şorbasevərlər Azərbaycana səfəri layiqincə qiymətləndirəcəklər. Yeməklərin müxtəlifliyi səyahət boyunca darıxmadan yerli şorbaları kəşf etməyə imkan verir”, – məqalədə qeyd olunur.
Nəşr Azərbaycan mətbəxinin ən məşhur yeməklərini (piti, küftə-bozbaş, düşbərə, sulu xəngəl, dovğa, xəmiraşı, umac) ətraflı təsvir edib.
Müəllifin fikrincə, məhz şorbalar Azərbaycan mətbəxinin zənginliyi və özünəməxsusluğunu ən parlaq şəkildə nümayiş etdirir.