12 Sentyabr 2025 / 22:32

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 ayda 1,75 milyard manata çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 751 milyon manat olub.

Tezadlar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur.

8 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % artaraq 886 milyon manat olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!