14 Sentyabr 2025 / 11:27

Elm ilə təhsilin elmi olmayan nazirlikdə birləşdirilməsi absurd deyilmi?

Hələ də sual olaraq qalır: elm sahəsini təhsil nazirinin kurasiyasına verilməsi gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər? Bu sual tanınmış alimlərimizi həmişə düşündürməkdədir! Axı bu o halda müsbət nəticə verə bilər ki, nazirlikdə görkəmli alimlərin bir dünyəvi  mərkəzi olsun! Hazırda isə Təhsil Nazirliyində dünyada tanınan bir alim belə yoxdur. Tanınmışlarımız ya xarici ölkələrə çıxıb gedib, ya da rəhmətə gediblər… Burda- Azərbaycanda qalanlar isə cüzi maaşa möhtac edilib… “Təzadlar” bu barədə dəfələrlə yazıb, təkliflərlə çıxış edib. Amma nə faydası! Elmi düşüncəmiz elmdən uzaq insanların tabeliyinə veriləndə başqa cür də ola bilməzdi!
XXX
Tanınmış alim, Professor Aidə Qasımova özünün sosial platformaslnda bu yarımçıqlığa belə bir mövqe sərgiləyib. Bu, əslindəş SOS siqnalıdır! Təbii i, elmimizin dünya səbiyyəsinə çıxmasında maraqlı olanlar üçün.
Beləliklə, A.Qasımova yazır: “…Elm və Təhsil Nazirliyi yox, Elmsiz Təhsil Nazirliyi. Məqsədli şəkildə kurs işlərini, ardınca buraxılış işlərini, eləcə də bir sıra vacib ixtisaslar üzrə magistraturanı ləğv edən nazirlik. Mən bu düşüncəyə ad qoya bilmirəm. Məqsəd budur ki, gənc nəsil içərisində alim yetişməsin? Bəs kim yetişsin? Qaragüruh?”.
Rüstəm Hacıyevin bu statusa şərhi də diqqəti çəkir: “Təhsil Nazirliyinin ibtidai siniflər üçün hazırladığı test: ” Əlinin 2 alması var, Vəlinin 3 alması var. Tapın görək Məmmədəlinin neçə slması var?” (???) … İndi şagirdlərin valideynəri Məmmədəlini axarırlar, soruşsunlar ki, “bsla sənin neçə alman var…”. Təxminən 15 il əvvəl 3-cü sinif şagirdləri üçün “iş dəftərində” 8-9 yaşlarında olan şagirdlərə verilən tapşırıq: “Xristian, İslam və İudaizm dinlərinin oxşar və fərqli cəhətlərini izah edin”… (???)”.
Və sair… Bunlar o deməkdir ki, Təhsil Nazirliyi bu tip problemləri aradan qaldırmaq əvəzinə və qaldıra bilmədiyi halda, həıə bir elm sahəsinə də əl qoyub! Təsəvvür edin, bu qədər islahat, yenilik, dəyişiklik… fonunda son 10-20 il ərzində dünya elmində yer tutan bir tanınmış elm adamımız yoxdur! Olanlar da, xarici ölkələrin elminə xidmətdədir… Bəyənmədiyimiz Sovetlər dönəminin təhsilini və elmini göz önünə gətirin, nəticə çıxarmaq üçün yetərlidir. Həmin dövrlərdə yetişən alimlərin kimliyini də yəqinki hamı bilir…
Asif Mərzili
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!