15 Sentyabr 2025 / 16:19

Məşhur telejurnalistə xərçəng diaqnozu qoyulub

Amerikanın “Fox News” kanalının jurnalisti Erik Şon xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Həkimlərin onun xərçəngini 2025-ci ildə aşkar etdiklərini qeyd edən Şon, hansı diaqnozdan danışdıqlarını açıqlamasa da, xərçəngin Nyu-Yorkda 11 sentyabr terror aktlarını işıqlandırması və zərərli tozlara məruz qalması ilə bağlı olduğunu bildirib.

“Yadımdadır ki, bəlkə 20 və ya 30 ildən sonra hansısa xəstəliyə tutulacağam (terror aktı günü işlə bağlı). Və budur, 24 il sonra”, – “Fox News”-un müxbiri bildirib.

Qeyd olunur ki, diaqnoz qoyulsa da, Şon kanalda fəaliyyətini davam etdirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!