Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qalatasaray”da hələ də zədəli olan Viktor Osimhen “Ayntrakt” dan sonra “Konyaspor” oyununu da buraxacaq.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, nigeriyalı hücumçunun “Alanyaspor” oyununda meydana qayıdacağı, “Liverpul” və “Beşiktaş” oyunlarına tam hazır olacağı gözlənilir.
Nigeriya milli komandasında oynayarkən zədələnərək şəxsi təyyarə ilə İstanbula gətirilən Osimhen komanda ilə məşq edə bilmədiyi üçün Frankfurtdakı səfər oyununda heyətdən kənarda qalıb.
Jurnalist Yakup Çınar “YouTube” kanalında açıqlama verərək “Osimhenin “Konyaspor”la görüşdə də oynama ehtimalı yoxdur” deyib.
Osimhenin “Alanyaspor”la oyunda əvəzedici kimi meydana çıxacağı və “Liverpul” və “Beşiktaş” oyunlarına tam hazır olacağı gözlənilir. Çınar zədənin ciddi olmadığını, lakin futbolçunun riskə atılmaması lazım olduğunu vurğulayıb.