19 Sentyabr 2025 / 09:12

Tramp Avropanın Rusiyadan neft almağa davam etməsini “utandırıcı” adlandırıb

ABŞ prezidenti Donald Tramp avropalı NATO müttəfiqlərinin Rusiya neftini almağa davam etməsini “utandırıcı” adlandırıb.

Tezadlar.az bildirir ki, Amerika lideri bu barədə Böyük Britaniyadan ABŞ-a uçan təyyarəsində Ağ Evin mətbuat xidmətinə açıqlama verib.

“Açığı, bir az utancverici oldu ki, mən Avropanı, NATO ölkələrini Rusiyadan neft alarkən yaxaladım”, – Tramp bildirib.

Bundan əvvəl Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putindən atəşkəs tələb etmək üçün indi səhv vaxt hesab edib. O, bunun əvəzində neftin qiymətinin aşağı salınmasının zəruri olduğunu və bundan sonra Rusiya ilə Ukrayna arasında münaqişənin bitəcəyini müdafiə etdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!