Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Putin danışıqlar yolu ilə Ukraynanın kapitulyasiyası ilə nəticələnməyəcək sülhü istəmir…”. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bunu Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Mur deyib. Onun sözlərinə görə, Rusiya liderinin Ukraynanın məğlubiyyətinə gətirib çıxarmayan sülh razılaşması əldə etmək niyyətinin olması ilə bağlı heç bir sübut yoxdur. Britaniya kəşfiyyatının rəhbəri Putinin “çeynəyə biləcəyindən çox” dişlədiyini və Ukrayna ordusunun potensialını düzgün hesablamadığını bildirib.
Belə çıxır ki, Putin ya Ukraynanı məhv etməlidir, ya da Rusiyanı… Çünki irəlidə Ukraynanı müdafiə edən ABŞ və Avropa ölkələri, bir də Rusiyanın dördüncü ildir əldə edə bilmədiyi qələbə var. Bu qələbə isə əlçatan deyil…
A.Məmmədli