Bu gün məşhur İNMERGE Sammiti Bakıda öz işinə başlayır. BANM-ın 3 startap layihəsi belə mötəbər Sammitdə təqdim olunacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov sosial media hesabında məlumat verib. Rektor BANM-nin komandalarına uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı “INMerge” İnnovasiya Sammiti-2025 keçirilir. Layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. “INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək.
JASMİN