23 Oktyabr 2025 / 18:05

Neft Fondu bu il qızıl alışını xeyli artırıb

2025-ci ilin 3-cü rübündə (yanvar-sentyabr) Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatını 184,8 tona çatdırıb.

Tezadlar.az  Fonda istinadən xəbər verir ki,  30 Sentyabr 2025-ci il tarixinə Fondun ABŞ dolları portfelinin 22 milyard 982,9 milyon dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edib.

30 iyun 2025-ci il tarixində Fondun ABŞ dolları portfelinin 19 milyard133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edirdi. Həmin tarixdə ARDNF 181,1 ton qızıla malik idi.

2024-cü ilin sonunda ARDNF-in ABŞ dolları portfelinin 12  milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edirdi. 31 dekabr 2024-cü il tarixində Fondun 146,6 ton qızılı ehtiyatı var idi. Beləliklə, 2025-ci ilin 9 ayı ərzində Fondun qızıl ehtiyatı 38,2 ton, dəyəri isə 10 milyard 628,3 milyon dollar artıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!