6 May 2022 / 03:58

AZƏRBAYCAN SİLAHLARININ DEKORATİV TƏRTİBATINA HƏSR OLUNMUŞ SƏRGİ KEÇİRİLƏCƏK

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

Qeyd edək ki, XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar – soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar,  Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!