ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsi Kaliforniyadakı Miramar Hərbi Hava Qüvvələri Bazası yaxınlığında naməlum səbəbdən qəzaya uğrayıb. Pilot yanan təyyarədən təhlükəsiz şəkildə katapult edib və sağ qalıb.
Tezadlar.az xəbər verir ki, F-35 qırıcı təyyarəsinin Kaliforniyada qəzaya uğraması ilə bağlı bölgədə xəbərdarlıq edilib. Pilotun təhlükəsiz şəkildə katapult edib və hadisədən sağ çıxdığı açıqlanıb və hərtərəfli araşdırma başlayıb.
F-35 YANĞINA UĞRAYIB
ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsi Kaliforniyadakı Miramar Hərbi Hava Qüvvələri Bazası yaxınlığında naməlum səbəbdən qəzaya uğrayıb.
Təyyarə qəzadan sonra alovlanıb və hadisə yerinə çoxsaylı yanğınsöndürmə qrupları göndərilib.
PİLOT SAĞ QALIB
Pilotun təyyarədən təhlükəsiz şəkildə katapult edib və hadisədən sağ çıxdığı bildirilib.
Yanğınsöndürmə qrupları dağıntıların içərisində və ətrafında baş verən kiçik bir yanğını nəzarət altına almaq üçün çalışıblar.
ARAŞDIRMA BAŞLANILIB
Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı hərtərəfli araşdırmanın başlandığı bildirilib.
ELBAR







