Əsas məzmuna keç

ABŞ-da fırtına zamanı yüngül motorlu təyyarə qəzaya uğrayıb

ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində yüngül motorlu təyyarənin qəzaya uğraması və qəzadan sonra alışması nəticəsində iki nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür.

Polis pilotun nə uçuş planını təqdim etdiyini, nə də təyyarədə olan insanların sayı barədə məlumat verdiyini bildirib.

Qəza bölgədə tüğyan edən, güclü külək və yağışla müşayiət olunan şiddətli fırtına zamanı baş verib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…