Əsas məzmuna keç

ABŞ-da öldürülən amerikalı fəal Krımı Rusiyanın bir hissəsi adlandırıb

Yuta ştatında keçirilən tədbirdə öldürülən mühafizəkar amerikalı fəal Çarli Kirk Krımı heç vaxt Ukraynaya verilməməli olan Rusiyanın bir hissəsi adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

2025-ci ildə “The Charlie Kirk Show” şousunda Kirk Krımı Rusiyanın bir hissəsi adlandırdı və bunun həmişə belə olduğunu vurğuladı. Onun fikrincə, yarımadada ruslar yaşayır və onlar Moskvanın yanında olmaq istəyirlər. “Krımı Rusiyadan qoparmaq olmaz”, – Amerika prezidenti Donald Trampın tərəfdaşı deyib.

Qeyd edək ki, Çarli Kirk Utah Valley Universitetində çıxışı zamanı öldürülüb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Tramp daha sonra qurbanın sağ qalmadığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…