Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pentaqon rəsmiləri Müdafiə Təsisatları Alt Komitəsində senatorlarla keçirilən qapalı brifinqdə bildiriblər ki, ilk altı gündə İrandakı hərbi əməliyyata ən azı 11,3 milyard dollar xərclənib.
Belə ki, Konqres tərəfindən əvvəllər Pentaqona ayrılan vəsait hazırda xərclənir. Bu barədə “Kommersant” məlumat yayıb.
Lakin senator Kris Kuns bu rəqəmlə razılaşmayıb.
ABC News-un məlumatına görə, alt komitənin nümayəndəsi senator Kris Kuns bu məlumatı “təxminən dəqiq” adlandırıb.
Onun hesablamalarına görə, hərbi əməliyyatın ümumi xərci hazırda “göstərilən rəqəmi xeyli üstələyib”.
Senator həmçinin İrandakı hərbi əməliyyatların ABŞ-a gündə 1,5 milyard dollardan çox xərcləndiyini təxmin edib. Konqres tərəfindən əvvəllər Pentaqona ayrılan vəsait hazırda xərclənir. Ağ Ev hələ əlavə maliyyələşdirmə tələb etməyib.
Daha əvvəl “The Washington Post” mənbələri Pentaqonun İranla müharibənin ilk iki günündə silah- sursata 5,6 milyard dollar xərclədiyini bildirib.
Həmçinin iddia edilirdi ki, Tramp administrasiyası yaxın günlərdə Konqresə hərbi kampaniyanı dəstəkləmək üçün “on milyardlarla dollar” tələb edəcək.
Qeyd edək ki, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb.
JASMİN