Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın İranın cənubuna və mərkəzinə hücumları gecə boyu davam edib.
ABŞ ordusu gecə ərzində İranın mərkəzindəki İsfahan və Şiraz şəhərlərini, eləcə də cənubdakı Çabahar, Quneytra, Bəndər Lanqa, Sirik və Abadan şəhərlərini hədəf alan hücumlar həyata keçirib.
Tezadlar.az xəbər verir ki, İran rəsmiləri hücumlar nəticəsində heç bir itki olmadığını, maddi ziyanla bağlı araşdırmaların davam etdiyini və əlavə açıqlamalar veriləcəyini bildirdilər.
ABŞ ordusu son hücumların məqsədinin Hörmüz boğazı boyunca İranın hərbi imkanlarını zəiflətmək olduğunu, İran isə cavab olaraq “Nəsr 2, 24-cü dalğa” çərçivəsində Bəhreyn və Küveytdəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyini açıqlayıb.
ELBAR