Əsas məzmuna keç

ABŞ-ın İranın Xuzistan əyalətinə raket hücumu: 2 ölü

İlkin məlumatlara görə, ABŞ tərəfindən həyata keçirildiyi iddia edilən İranın Xuzistan əyalətində raket hücumunda iki nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, Xuzistan qubernatorluğunun İran dövlət televiziyasında yayımlanan açıqlamasına görə, İran və İraq arasındakı Şalamçeh sərhəd keçid məntəqəsindəki sərnişin terminalı ABŞ raketləri ilə hədəfə alınıb.

İlkin məlumatlara görə, hücum nəticəsində iki nəfər həlak olub.

Qubernatorluğun açıqlamasında terminalda axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi və sərhəd keçid məntəqəsinin açıq qaldığı qeyd edilib.

Bu arada, əyalətdəki Əndimaşq şəhəri yaxınlığındakı bir yerin ABŞ raketləri ilə hədəfə alındığı da bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…