Əsas məzmuna keç

ABŞ-ın maliyyə naziri Hörmüz Boğazının açılması üçün razılaşmanın bu gün və ya sabah mümkün olduğunu söylədi

ABŞ-ın maliyyə naziri Skott Bessent İranla danışıqların davam etdiyini və Hörmüz Boğazının açılması üçün bu gün və ya sabah razılaşma əldə etmək ehtimalının olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, Bessent bu sözləri CNBC televiziyasında çıxışı zamanı söyləyib.

İranla danışıqların davam etdiyini vurğulayan Bessent deyib: “Boğazın açılması üçün bu gün və ya sabah razılaşma əldə etmək ehtimalı var”.

İranın tranzit haqqı alıb-almayacağı soruşulduqda, Bessent “razılaşma boğazda sərbəst naviqasiyanı təmin edəcək” cavabını verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai əvvəllər “Biz ABŞ ilə danışıqlar aparmırıq. Omanla müzakirələr gəmilərin Hörmüz Boğazından təhlükəsiz keçməsi məsələsinə yönəlib” demişdi.

Dünən ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və bu danışıqların yaxşı bir razılaşma imzalamaq üçün “İranın son şansı” olduğunu bildirdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…