ABŞ-ın Rusiyadakı Ticarət Palatası sanksiyaların ləğv edilməsini istəməyə qərar verib

Oxunma sayı: 53

ABŞ-ın Rusiyadakı Ticarət Palatası Amerika hökuməti üçün tövsiyələr hazırlayıb və onların müəllifləri Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğvini təklif edirlər.

Tezadlar.az  xəbər verir ki, bu barədə bu palatanın rəhbəri Robert Eyci “RBK”-yə (Rusiyanın biznes telekanalı) müsahibəsində bildirib.

Onun sözlərinə görə, palata ilk növbədə aviasiya sektorunda sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır. Söhbət təyyarələrin ehtiyat hissələrinin tədarükü və texniki dəstəkdən gedir. Eyci vurğulaydb ki, bu, humanitar zərurətdir, çünki mövcud məhdudiyyətlərdən adi vətəndaşlar əziyyət çəkir. Təşəbbüslərin ikinci dəsti Amerika şirkətləri üçün investisiya qoyuluşlarına qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Sonuncular Rusiyaya pul yatırmaq və istehsalı genişləndirmək istərdi, lakin məhdudiyyətlər buna mane olur.

Üçüncü təkliflər toplusu Rusiya banklarına qarşı sanksiyaların ləğvinə aiddir. Bu, transsərhəd ödənişlər problemini həll edərdi, Eycinin vurğuladığı kimi, “hamımız əziyyət çəkirik”. Dördüncü yerdə dəbdəbəli əşyalar, o cümlədən kosmetika məhsulları sayılan malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

ELBAR

Xəbəri paylaş