Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsində bildirib. “Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 – red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb. ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi”, – paylaşımda bildirilir.
Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib.