Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hücumlara başladığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, CENTCOM sosial media platformasında verdiyi açıqlamada İrana qarşı yeni hücumlar barədə məlumat paylaşıb.
Açıqlamada deyilir: “CENTCOM qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini zəiflətməyə davam etmək üçün İrana qarşı yeni hücumlar həyata keçirdilər.”
CENTCOM-un açıqlamasında vurğulanıb ki, bu hücumlar üçün əmri ABŞ prezidenti Donald Tramp İran qüvvələrini məsuliyyətə cəlb etmək üçün verib.
ABŞ dünən bildirib ki, başlatdığı hücumlarda təxminən 140 İran hərbi hədəfi quru və dəniz əsaslı qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (PUA) və döyüş gəmilərindən atılan dəqiq idarə olunan sursatlarla məhv edilib.
İran mediası: Bəndər Abbas, Sirik, Cask və Qeşm adasında yeni partlayışlar eşidilir
ABŞ-ın hücum elanından sonra İranın Bəndər Abbas, Sirik, Cask və Qeşm adası şəhərlərində yeni partlayışlar baş verib.
İran mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənub bölgələrində partlayış səsləri eşidilib.
Surik və Bəndər Abbasda on partlayış qeydə alınıb.
Bu arada, yarı-rəsmi “Mehr” Xəbər Agentliyi Buşehr əyalətində də partlayış səslərinin eşidildiyini bildirib.
Hormozqan qubernatorluğu hücumlarda hələlik heç bir itki olmadığını bildirib.
ELBAR