Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyul 2026 / 10:21

ABŞ ordusu İrana qarşı 9-cu hücum dalğasının başa çatdığını elan etdi

ABŞ ordusu Hörmüz boğazında İranın hücum imkanlarını zəiflətməyə yönəlmiş 9-cu hücum dalğasının başa çatdığını elan edib.

Tezadlar.az bildirir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında İrana edilən son hücumla bağlı açıqlama verib.

Açıqlamada qeyd olunur ki, İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək qabiliyyətini zəiflətməyə yönəlmiş 9-cu hava hücumu dalğası başa çatıb.

Açıqlamada İranın hərbi imkanlarını zəiflətmək səylərinin davam edəcəyi bildirilir və CENTCOM qüvvələrinin bölgədə xidmətə hazır qaldığı vurğulanır.

Açıqlamada həmçinin qeyd olunur ki, ABŞ hücumlarının 9-cu gecəsində İran hərbi komandanlıq mərkəzləri, rabitə şəbəkələri, sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, dəniz qüvvələri, raket və pilotsuz təyyarə bazaları hədəfə alınıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!