Əsas məzmuna keç

ABŞ: RUSİYA VƏ UKRAYNA ARASINDA DANIŞIQLARIN BAŞLANMASI QAÇILMAZDIR

Ukraynada daha bir il davam edən münaqişə Qərbin hərbi resurslarını tükəndirdi və bu, Kiyevə silah tədarükünə siyasi iştahın azalmasına səbəb oldu, – CNBC yazır.

Ekspertlər hesab edirlər ki, gələn il münaqişənin trayektoriyasının böyük hissəsi Amerikanın Kiyevə hərbi yardımının azalıb-ixtisarı ilə müəyyənləşəcək.

Materialda qeyd olunur ki, Kiyevə əhəmiyyətli silah tədarükü olmadan Moskva ilə danışıqlar qaçılmazdır. Avropa və Rusiya üzrə analitik Mario Bikarski nəşrə bildirib ki, Ukrayna danışıqlara başlamaq istəmir, lakin “şəraitə görə onun başqa seçimi olmayacaq”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…