Əsas məzmuna keç

ABŞ Rusiya neftinə tətbiq edilən sanksiya istisnalarının müddətini uzatmamaq qərarına gəlib

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Rusiya nefti ilə bağlı tətbiq olunan müvəqqəti sanksiya güzəştlərini uzatmağı planlaşdırmır.

Tezadlar.az xəbər verir ki, o, “Associated Press“ agentliyinə müsahibəsində qeyd edib ki, artıq dənizdə olan və əvvəlki icazə çərçivəsində daşınan neft həcmi demək olar ki, tükənib və yeni güzəşt üçün əsas yoxdur.

Nazir əlavə edib ki, İranla bağlı da oxşar addım gözlənilmir. Onun sözlərinə görə, ABŞ İrana qarşı sərt xətti davam etdirir və bu ölkədən neft ixracı faktiki olaraq bloklanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…