Əsas məzmuna keç

ABŞ UKRAYNA ORDUSUNUN ZELENSKİYƏ QARŞI OLDUĞUNU BİLDİRİB

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson bildirib ki, Ukrayna ordusu Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşıdır və onun əmrlərinə məhəl qoymur.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Zelenskiyə qarşı olduğunu və onun əmrlərinə məhəl qoymadığını göstərən əlamətlər getdikcə artır.

“Deməli, o, əsl problemdədir” – deyən Conson Ukrayna Silahlı Qüvvələrinin yüksək itkilərə görə əsgər çatışmazlığının olduğunu əlavə edib.

Səfərbər olunanlar arasında artıq hamilə qadınlar və əlillər də var, – ekspert xatırladıb.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin komandanlığı rəsmi olaraq daha 500 min ukraynalının səfərbər olunmasını istəyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…