Əsas məzmuna keç

ABŞ və İran arasında diplomatik əlaqələr vasitəçilər üzərindən davam edir

abs iran muharibe

ABŞ və İran arasında diplomatik təmaslar vasitəçilərin iştirakı ilə davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə The Guardian nəşrinin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, son günlər diplomatik kanallar vasitəsilə müəyyən mesajlar və təkliflər alınıb: “Vasitəçilərdən məlumatlar və mesajlar almışıq. Təfərrüatlara varmaq istəmirəm, lakin əsas məsələ ondan ibarətdir ki, son günlər diplomatik aparat aktiv fəaliyyət göstərib və bəzi vasitəçilər bizə müəyyən ideyalar təqdim ediblər”, – deyə İsmayıl Bəqayi bildirib. XİN sözçüsü vurğulayıb ki, İran öz suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməkdə qətiyyətlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…