Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Dövlət Departamenti İrana hücumların başladığı 28 fevraldan bəri Yaxın Şərqdən 43.000-dən çox ABŞ vətəndaşının təxliyə edildiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bəyanatda təxliyə səylərinin bir hissəsi olaraq otuzdan çox uçuşun həyata keçirildiyi və minlərlə ABŞ vətəndaşının bölgəni tərk etdiyi bildirilir.
“28 fevraldan bəri 43.000-dən çox ABŞ vətəndaşı Yaxın Şərqi təhlükəsiz şəkildə tərk edərək ABŞ-a qayıdıb”, – bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, bölgədə kommersiya uçuşları tədricən yenidən artır və tələbatın azalması səbəbindən ABŞ hökuməti tərəfindən təmin edilən uçuşlar və yerüstü nəqliyyat əməliyyatları azaldılacaq.
Bəyanatda həmçinin xaricdəki 30.000-dən çox ABŞ vətəndaşının 24 saatlıq böhran bölməsi vasitəsilə təhlükəsizlik məsləhəti və səyahət dəstəyi aldığı açıqlanıb.
E.ŞİRİNOV