Əsas məzmuna keç

ACF-in məşqçilər üçün peşəkar inkişaf proqramı

Azərbaycan Cüdo Federasiyasının Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, təlimdə idman zamanı baş verə biləcək zədələr – xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub. Məşqçilərə, həmçinin zədələnmiş idmançının vəziyyətini qiymətləndirmək və həkim gələnə qədər təhlükəsiz şərait yaratmaq qaydaları izah edilib. Təlimin sonunda təşkil olunan imtahanı uğurla başa vuran məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.

Günün praktiki sessiyası isə “ne-waza” – yerdə tətbiq olunan texnikalara həsr edilib. Təlimatçılar “osaekomi-waza”ya daxil olan bütün saxlama fəndlərini nümayiş etdiriblər. Həmçinin bu fəndlər, onlardan yayınma yolları və uyğun kombinasiyalar Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının imtahan formatına uyğun şəkildə izah olunub.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…