Əsas məzmuna keç

AFFA manipulyasiyalara qarşı xəbərdarlıq etdi

AFFA-nın təşəbbüsü ilə “Qəbələ” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.

Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…