Əsas məzmuna keç

Ağ Ev ABŞ və İran ordusunun rabitə kanalı açdığını iddia edir

Ağ Ev ABŞ və İran ordusunun rabitə kanalı açdığını və istifadə etdiyini iddia edir.

Tezadlar.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

Məqalədə deyilir: “Ağ Ev rəsmisi münaqişənin həlli üçün kanalın açıq olduğunu və artıq hər iki tərəf tərəfindən istifadə edildiyini söylədi”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqtonla görüş tələb etdiyini bildirmişdi.

Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ danışıqçıları Stiven Uitkoff və Cared Kuşnerin bu həftə İranla danışıqlar aparmaq üçün Dohaya gedəcəyini açıqlayıb.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Dohada ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmağı planlaşdırmadığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…