Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərdə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Tezadlar.az-a bildirilib ki, onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.







