Əsas məzmuna keç

Ağcabədidə soğan-kartof əvəzinə narkotik satdı, işə düşdü…

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olmuş Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadığı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram metamfetamin aşkarlanıb. Tezadlar.az DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…