Ötən gün Ağcabədi şəhər ərazisində baş vermiş qəzada “VAZ-2106” və “Opel” markalı minik maşınları toqquşub. İdarəetməni itirən “VAZ” yol kənarında dayanan “Mercedes” markalı minik maşınına çırpılıb. Nəticədə “VAZ-2106” markalə avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2002-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tezadlar.az DİN- nin mətbuat xidmətinə istinadla bildirir ki, ona yuxarı ətraflarda yüngül sıyrıqlar diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

