Əsas məzmuna keç

Ağciyər xərçənginin müalicəsi ilə bağlı böyük tapıntı

Amerikalı alimlər ağ ciyər xərçənginin ən geniş yayılmış formasını iki təbii molekul – mikroRNT-15a və mikroRNT-16 vasitəsilə ləngitməyin yolunu tapıblar.

Tədqiqatın nəticələri “FASEB BioAdvances” nərşində dərc olunub.

Alimlər qeyri-kiçik hüceyrəli ağ ciyər xərçənginin hüceyrələrini tədqiq ediblər və müəyyən ediblər ki, orqanizmdə mikroRNT-15a və mikroRNT-16 səviyyəsinin bərpası şişin sürətli inkişafı üçün lazım olan zülalların ifrazını azaldır.

Bu kiçik molekullar genlərin aktivliyini tənzimləyir və hüceyrələrin artım və bölünmə prosesslərinə nəzarət etməsinə kömək olur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın