Əsas məzmuna keç

Ağdam Dövlət Dram Teatrında “Uşaqlıq” monotamaşasının məşqlərinə başlanıb – FOTOLAR

Ağdam Dövlət Dram Teatrının günbəgün zənginləşən repertuarı hər yeni tamaşasında teatrsevərlərə sevgi dolu zövq verir…

Teatr daha bir yeni tamaşasının məşqlərinə başlamışdı. Belə ki, Ağdam Dövlət Dram Teatrının repertuar məsələləri və dramaturgiya üzrə mütəxəsisi Habil İsmayılovun Tezadlar.az–a verdiyi məlumata görə, yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” monopiyesi əsasında eyniadlı monotamaşanın məşqlərinə başlanmışdır.

Qeyd edək ki, aktrisa Xəyalə Xudadatovanın ifasında təqdim olunacaq monotamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı: Racu Şıxlı, musiqi tərtibatçısı: Azər Şükürov, işıq rəssamı: Anar Şükürov, səs rejissoru: Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur. “Müəllifin əsərdə çoxqatlı mənalarla təqdim etdiyi uşaqlıq travması və insan taleyini rejissor tamaşaçılara: “Biz uşaqlara necə bir dünya miras qoyuruq və onları uşaqlığını yaşamağa layiq edə bilirikmi?” sualı ilə mesaj ötürür. Çox maraqlı səhnə həllini tapacaq monotamaşamızın yaxın aylarda premyerası olacaqdır” – deyə H. İsmayılov əlavə etmişdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…