Əsas məzmuna keç

AĞDAMDA SEL İÇƏRİSİNDƏ SƏRNİŞİN OLAN AVTOMOBİLİ APARIB

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan çaydan keçmək istəyən “VAZ” 2107 markalı avtomobili aparıb.

Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…