Ağdərədə növbəti yanğın hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, yanğın hadisəsi rayonun Ortakənd kəndində qeydə alınıb.
Belə ki, quru ot və kol-kosda baş verən yanğının alovu genişlənərək dağlıq ərazidə yerləşən meşə massivində davam edir.
Hadisə yerinə qurudan FHN-nin Tərtər və Naftalan yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir.
trend







