Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarətə dair məhdudiyyətlərin daha da sərtləşdirilməsini dəstəkləyiblər, lakin məsələ ilə bağlı yekun qərar yoxdur.
Tezadlar.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Üzv dövlətlər arasında ən böyük dəstəyi qanunsuz yaşayış məntəqələri ilə ticarətin qadağan olunması variantı qazanıb”, – Kallas deyib.
O vurğulayıb ki, söhbət İsrailə qarşı tədbirlərdən deyil, müstəsna olaraq Aİ-nin beynəlxalq hüquq baxımından qanunsuz hesab etdiyi və iki dövlətli həllin reallaşmasına mane olan yaşayış məntəqələrinə qarşı tədbirlərdən gedir.
Daha əvvəl “The Guardian” yazmışdı ki, Aİ ölkələrinin nazirləri qarşıdan gələn görüşdə bu məsələni müzakirə edəcəklər, lakin İsrailin mövqeyi ilə bağlı ittifaq üzvləri arasında davam edən fikir ayrılıqlarına görə yaşayış məntəqələri ilə ticarətə dair konkret qərarlar qəbul edə bilməyəcəklər.