Avropa Birliyinə üzv dövlətlər oktyabr ayının ortalarına qədər yeni, 22-ci Rusiya əleyhinə sanksiya paketini qəbul edə bilərlər.
Tezadlar.az xəbər verir ki, bu məlumatı “İzvestiya” qəzeti Avropa diplomatik dairələrindəki mənbələrə istinadən yayıb.
Mənbə qeyd edib ki, “Bütün prosedurların 12 oktyabrda Xarici İşlər Şurasının iclasına qədər tamamlanması planlaşdırılır. Lakin bunun daha tez baş verməsi mümkündür”.
Bir müddət əvvəl Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen Brüsselin Rusiyadan enerji təchizatını qadağan etmək planlarını açıqlayıb.
ELBAR







