Aktyor ayrıldığı həyat yoldaşından danışdı: Problemin nə olduğunu bilirəm…

Oxunma sayı: 180

” Bu da bir qismətdir.”

***

Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev “Pərvizə görə” verilişində deyib. Aktyor ayrıldığı həyat yoldaşı Aynurədən danışıb. Müşviq bildirib ki, oğlu Ukraynada yaşayır:

“Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Ayrılıq yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik, bir-birinizə necə diqqət ayırırsınız. Ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm”.

Qeyd edək ki, komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olub.

O, “My name is İntiqam” milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Bir çox film və teleseriallarda rol alıb.

Xəbəri paylaş

26 Aprel