Berlin və Paris Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) islahat layihəsini hazırlayırlar.
Tezadlar.az bu barədə Politico-ya istinadən xəbər verir.
Nəşrin mənbələri layihənin mahiyyət etibarilə Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın rolunu gücləndirməyə yönəldiyini aydınlaşdırıblar. Kaja Kallas artıq ilkin təkliflər barədə fikirlərini öyrənmək üçün Avropa paytaxtlarına qısa bir anket göndərib.
Lakin bütün rəsmilər bu “əsas institusional dəyişiklikləri” dəstəkləmir. Çoxları hazırda “qeyri-real” göründüklərini deyirlər. Digərləri isə islahatın icmanın xarici siyasət vəziyyətini yaxşılaşdırmayacağına əmindirlər.
EEAS-a miqrasiya nəzarəti və yardım bölgüsü ilə bağlı səlahiyyətlərin verilə biləcəyi vurğulanır.
Daha əvvəl Pyer de Qoll Fransanın BRİKS-ə qoşulmalı olduğunu bildirmişdi.
ELBAR







