4 Noyabr 2025 / 18:10

Almaniyanın ən yaşlı sakini vəfat etdi

Karl Haidle 2 sentyabrda 110 yaşını qeyd edib

Almaniyanın ən yaşlı sakini Karl Haidle 110 yaşında vəfat edib.

Tezadlar.az bildirir ki, bu barədə “Stuttgarter Zeitun” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, Haidle 1915-ci ildə Şetten bələdiyyəsində anadan olub. O, mexanik idi. Haidle qocalığına qədər yaxşı sağlamlıq vəziyyətində idi. 99 yaşında belə, o, hələ də maşın sürür və hər gün üzüm bağlarına qulluq edirdi. O, düşüncəli və xeyirxah insan kimi xatırlanır.

Qəzet yazır: “105 yaşında yeganə qızından daha çox yaşayan dul kişi yenə də müstəqil həyat sürür, əsasən özünə qulluq edir və qab-qacaqlarını özü yuyurdu”.

O, 2 sentyabrda 110 yaşını qeyd etdi. İki ay sonra, 3 noyabr gecəsi vəfat etdi.

Xatırladaq ki, 2024-cü ilin aprelində Venesuelanın ən yaşlı kişisi vəfat etdi. Xuan Visente Peres Mora 114 yaşında yaşamış ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!