Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 08:35

AMEA-nın Ədəbiyyat İnstitutunda şumeroloq alim Tariyel Azərtürkün seminarı oldu

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şumerşünas alim, professor Tariyel Azərtürkün “Tarixöncəsi Aralıq dənizi türkləri” mövzusunda seminarı baş tutub. Tezadlar.az xəbər verir ki, tədbirdə institutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, şöbə müdirləri, doktorant və dissertantlar da iştirak ediblər.
Şumeroloq Tariyel Azərtürk mövzu haqqında hərtərəfli çıxış edərək bildirib ki, “Qərb elmi ictimaiyyəti üçün “Tarixöncəsi epoxa” – yazıdan qabaqkı – yunan və latınların tarix səhnəsində meydana çıxdıqları yazılı dövrdən qabaqkı eralardır. Halbuki, yazı, özü də əlifba yazısı, onların yeni əraziləri zəbt etdiklərindən də qabaq mövcud idi. Onlar yaradıcı potensiallarını, Qumilyovun təbirincə desək, passionarlıqlarını, yeni torpaqlarda, yeni Günəş altında, yeni rüzgarda, məhz yeni coğrafi mühitdə “ifraz” etməyə başladılar”. Və qərb üçün tarix, Aralıq dənizi türklərindən sonrakı dövr xalqlarından – yəni, yunan və latından başlayır – haradasa, 2500-2800 il bundan qabaq. Onun üçün əvvəlki tarix Avropa tarixi deyil. Elə qərb ədəbiyyatının özünün yazdığına görə, latınlar və yunanlar Balkan yarımadasında doğulmuş xalqlar olublar. Və birincilər, eradan əvvəl 1000-ci illərdə Adriatik dənizini keçib şərqdən Apenninə; ikincilər (yunanlar), təxminən 200 il sonra quru yolla cənuba hücum edib, torpaqları orada yaşayan türklərdən qoparıblar və Siciliyada və Appeninin çəkmə dabanına bənzər ərazilərində məskən salıblar”.
Tədbirdə alimə mövzuya uyğun suallar ünvanlanıb, tədbir disskusiya formatında davam edib.
Xatırladırıq ki, Professor Tariyel Azərtürk uzun illərdir ABŞ- da yaşayır və elmi araşdırmalarla məşğuldur.
A.Məmmədli
IMG
 
IMG
 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!