Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyə musiqi dünyasının sevilən isimlərindən olan Anıl Daldal, gözlənilməz bir qərarla musiqi fəaliyyətinə son qoyduğunu açıqlayıb. Sənətçi paylaşımında bu qərarın səbəblərini və gələcək planlarını səmimi şəkildə ifadə edib.
Müğənni bu qərarı verməsinə səbəb kimi musiqi sektorundakı mənfi mühiti və qarşılaşdığı çətinlikləri göstərib:
“Pis qəlbli insanlarla mübarizə aparacaq qədər pis biri deyiləm” deyən sənətçi, adının ləkələnməyə çalışıldığını, fırıldaqçılıqla üzləşdiyini və aldadıldığını qeyd edib.
Lüks və şöhrət arxasınca qaçmadığını, sadəcə əsərlər istehsal edib insanlara nəsə çatdırmaq istədiyini, lakin qarşılaşdığı paxıllıq və fəsadın onun qəlbini qırdığını vurğulayıb.
Anıl Daldal hələlik planlaşdırılmış mahnılarını və tədbirlərini reallaşdıracağını bildirsə də, vida konsertinin məkanını da açıqlayıb:
“Son konsertimi 31 mayda Bakıda keçirəcəyəm.”
Musiqi fəaliyyətini dayandırsa da, sənətçi sənətdən tamamilə qopmayacağını işarə edib. O, hər kəsə dünyanı daha gözəl bir yerə çevirməyi arzu edərək, musiqi ilə bağlı məsləhət almaq istəyənlər üçün qapısının hər zaman açıq olduğunu qeyd edib.
Səbinə Bağırova
