Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

EMTA-nın İdarə Heyətinin sədri Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib… Enerji Məsələlərini Tənzimləmə Agentliyindən tezadlar.az-a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association – ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib. Bu görüşdə ERRA-ya üzv olan tənzimləyici qurumların qarşılaşdığı aktual məsələlər müzakirə olunub. Tədbir üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı, bərpaolunan enerji, eləcə də istehlakçılarla bağlı məsələlər barədə iştirakçıların məlumatlandırılması üçün fürsət yaradıb.
Tədbir çərçivəsində baş tutmuş sessiyalarda pərakəndə satış bazarlarının liberallaşdırılması, elektrik enerjisi xərclərinin subsidiyalaşdırılması, liberallaşdırılmış pərakəndə satış bazarlarında qiymətlərin tənzimlənməsinə dair təqdimatlar dinlənilib, bu sahələrdə müxtəlif ölkələrin təcrübəsinə nəzər yetirilib, eləcə də maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin son sessiyasında ERRA-nın komitələrinin hesabatlarının əsas nəticələri dinlənilib.
***
AERA Board Chairman attends international event in Ankara
On October 13, Samir Akhundov, Chairman of the Board of the Azerbaijan Energy Regulatory Agency (AERA), participated in a meeting of the Energy Regulators Regional Association (ERRA) in Ankara, attended by chairpersons, presidents and commissioners of ERRA’s member regulatory bodies.
The meeting addressed pressing issues faced by ERRA member institutions. The event provided an opportunity for participants to get informed on electricity and gas supply, renewable energy, as well as consumer-related issues in member countries.
During the sessions, presentations were heard on topics such as retail market liberalization, electricity price subsidization, and price regulation in liberalized retail markets. The experience of various countries in these areas was also reviewed, and views were exchanged on topics of interest.
The event concluded with a session reviewing the key findings of ERRA committee reports.
***
Председатель правления AERA принял участие в международном мероприятии в Анкаре
13 октября председатель правления Агентства по регулированию энергетических вопросов Азербайджана (AERA) Самир Ахундов принял участие во встрече руководителей организаций-членов Региональной ассоциации органов регулирования энергетики (ERRA), прошедшей в Анкаре.
На встрече обсуждались актуальные вопросы, стоящие перед регулирующими органами стран-участниц ERRA. Мероприятие предоставило участникам возможность ознакомиться с темами электро- и газоснабжения, возобновляемой энергетики, а также с вопросами, связанными с потребителями, в государствах-участниках.
В ходе сессий, прошедших в рамках мероприятия, были представлены доклады о либерализации розничных рынков, субсидировании цен на электроэнергию и регулировании цен на либерализованных рынках. Также был рассмотрен опыт различных стран в этих областях и состоялся обмен мнениями по ключевым вопросам. В заключительной сессии мероприятия были заслушаны основные выводы из отчетов комитетов ERRA.